Home / Store / HEPA CURIS
HEPA CURIS

HEPA CURIS

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Böyüklər: 1 kapsul gündə 1–2 dəfə daxilə qəbul edilir. ADEMЕТİONİN (SAM) Hepatoprotektiv, detoksikasiyaedici, regenerasiyaedici və antioksidant xüsusiyyətlərə malikdir. Hüceyrəvi detoksikasiya mexanizmində transsulfatlaşma reaksiyalarında iştirak edir. Ademetionin metil (CH₃) qrupunu verərək xolin, kreatin, karnitin, DNT, RNT və noradrenalinin sintezində iştirak edir. S-adenozil-homosisteinə çevrilərək B6, B12 vitaminləri və fol turşusunun iştirakı ilə metionin, sistein və qlutationun əmələ gəlməsini təmin edir. Antixolestatik təsir göstərir. LİPOY TURŞUSU Hepatoprotektor, hipolipidemik, hipoxolesterinemik və hipoqlikemik təsirlərə malikdir. Güclü endogen antioksidantdır. Qanda qlükozanın səviyyəsini azaldır və insulinə rezistentliyi azaltmağa kömək edir. Zülal, karbohidrat və xolesterin mübadiləsini tənzimləyir, qaraciyərin funksiyasını yaxşılaşdırır.

TƏRKİBİ (1 kapsulda): Ademetionin (Ademetionine) – 100 mq Alfa-lipoy turşusu (Alpha lipoic acid) – 125 mq Qlüta­tion (Glutathione) – 100 mq Silimarin (Silymarin) – 50 mq Ənginar ekstraktı (Artichoke extract) – 50 mq
Created 2026-02-22