SEROWELL-G
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklər: 1 kapsul gündə 1 dəfə daxilə qəbul edilir.
SERRATİOPEPTİDAZA – Serratia marcescens bakteriyası tərəfindən sintez olunan proteolitik fermentdir. Mukolitik təsir göstərərək tənəffüs yollarında seliyi durulaşdırır və xaric olunmasını asanlaşdırır. Bakteriyaların qoruyucu təbəqəsi olan biofilmi zəiflədərək antibiotiklərin təsirini artırır. Bu xüsusiyyətinə görə Helicobacter pylori müalicəsində antibiotikoterapiyanın effektivliyini artırır və yüksək klinik effekt göstərir. İltihab ocağında bradikinin, histamin və serotonin kimi maddələrin səviyyəsini azaldaraq iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Həzm prosesində iştirak edir, zülalları parçalayaraq həzmi yaxşılaşdırır.
PAPAİN – tropik papaya bitkisinin meyvə, sap və lateksindən əldə edilən güclü proteolitik fermentdir. Zülalları daha kiçik peptidlərə və amin turşularına parçalayaraq həzmi yaxşılaşdırır.
BROMELAİN – ananas bitkisinin, xüsusilə sap hissəsindən əldə edilən təbii proteolitik fermentdir. Zülalları parçalayaraq həzmi yaxşılaşdırır. Antioksidant və iltihabəleyhinə təsir göstərir, hüceyrə zədələnmələrinin qarşısını alır və sağalmanı sürətləndirir.
ALOE VERA EKSTRAKTI – antioksidant və iltihabəleyhinə təsir göstərir. Mədə-bağırsaq traktında regenerasiyaedici xüsusiyyətə malikdir, sağalmanı sürətləndirir. Bağırsaq peristaltikasını normallaşdırır, qəbizliyin qarşısını alır və həzmi yaxşılaşdırır.
| TƏRKİBİ (1 kapsulda):
Serraopeptidaza (70.000 IU) – 27,65 mq
Aloe vera ekstraktı – 50,06 mq
Bromelain – 57,02 mq
Papain – 70,03 mq |